Koxalski özünü İngiltərə klublarına təklif edib
Mateuş Koxalskidən İngiltərə klublarına açıq mesaj: Məni alın.
90plus.az xəbər verir ki, "Qarabağ”ın qapıçısı Mateuş Koxalski İngiltərə mətbuatına maraqlı açıqlama verib.
Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”a 2:3 hesabı ilə məğlub olduqları qarşılaşmadan sonra polşalı qolkiper “The Sun” nəşrinə danışıb. O, karyerasını İngiltərədə davam etdirmək istədiyini gizlətməyib.
Koxalski bildirib: “Ən böyük arzum İngiltərədə oynamaqdır. Ümid edirəm ki, Premyer Liqa və Çempionşip klublarının skautları məni izləyib. Onların transferim üçün addım atacaqlarına inanıram”.
Qeyd: Mateuş Koxalski bu mövsüm Çempionlar Liqasında ən çox qurtarış edən üçüncü qapıçıdır. O, turnirdə ümumilikdə 45 seyv edib.
27 yaşlı qapıçının çıxışı Avropa klublarının diqqətini çəkib və onun gələcəyi ilə bağlı qərarın mövsümün sonunda veriləcəyi gözlənilir.
© Copyright 2026, All Rights Reserved