"Kəpəz" özünə sponsor tapdı

"Kəpəz" uzun bir fasilədən sonra yeni sponsor tapıb.
90plus.az xəbər verir ki, bu barədə klubun rəsmi vebsaytı xəbər yayıb. Lakin sponsorla bağlı hələlik ətraflı məlumat verilmir.
Klubun açıqlamasında bildirilib: "Klubumuzun inkişafını daha da gücləndirmək məqsədilə aparılan müzakirələr müsbət nəticə verib və razılaşma əldə olunub. Hazırda bəzi prosedurlar çərçivəsində sənədləşmə işləri aparılır. Bu məsələ tamamlandıqdan sonra ictimaiyyət və media ilə əlavə məlumat paylaşılacaq. "Kəpəz"imiz üçün uğurlu və xeyirli olsun!"
Qeyd: "Kəpəz" hazırda Misli Premyer Liqasının 9-cu pilləsində, 18 xalla yer alır.
© Copyright 2025, All Rights Reserved