"Kəpəz" Qəbələyə köçür
Misli Premyer Liqasının 2025/2026-cı il mövsümündə “Kəpəz” klubu ilk ev görüşlərini Gəncədən kənarda oynayacaq.
90plus.az xəbər verir ki, Gəncə şəhər stadionunda tikinti işləri davam etdiyi üçün “sarı-göylər” bu müddət ərzində qarşılaşmalarını Qəbələdə keçirəcək. Bu barədə məlumatı klubun mətbuat xidməti yayımlayıb.
Stadionun tam hazır vəziyyətə gətirilməsindən sonra “Kəpəz” rəqiblərini yenidən doğma meydan – Gəncədə qəbul edəcək.
Qeyd: Klubun əvəzedici komandası isə əvvəlki mövsümlərdə olduğu kimi, oyunlarını Məşq Mərkəzində yerləşən ehtiyat meydançada keçirməyə davam edəcək.
© Copyright 2025, All Rights Reserved