Kriştiano Ronaldo Avropaya qayıdır

Portuqaliyalı superulduz Kriştiano Ronaldo ilə bağlı növbəti transfer iddiası gündəmə gəlib. “Əl-Nəsr” klubu ilə yeni müqavilə imzalamasına baxmayaraq, 40 yaşlı hücumçunun Avropaya qayıtmaq ehtimalı artır.
90plus.az xəbər verir ki, İtaliya və İspaniya mediasının yaydığı məlumatlara görə, Ronaldo “A Seriyası” təmsilçisi “Komo” klubunun maraq dairəsindədir. Mövsüm ərzində gözləntiləri qarşılamayan “Komo” rəhbərliyi heyəti gücləndirmək üçün ulduz futbolçulara yönəlib və bu çərçivədə Ronaldonun adı da ön plana çıxıb.
İtaliya klubuna 110 milyon avro sərmayə qoyan sahiblər komandanı daha rəqabətli hala gətirmək niyyətindədir. Məhz bu səbəbdən, Kriştiano Ronaldonun transferi üçün yaxın günlərdə konkret addımların atılacağı istisna edilmir.
Hərçənd Ronaldo “Əl-Nəsr” ilə yeni müqavilə imzalayıb, lakin Avropada son dəfə gücünü göstərmək istəyən futbolçunun “Komo” formasını geyinmək ehtimalı da istisna olunmur. Əgər Ronaldo Səudiyyə Ərəbistanından ayrılmaq qərarı versə, bu, “Əl-Nəsr” və azarkeşlər üçün böyük bir şok olacaq.
© Copyright 2025, All Rights Reserved