Kristiano Ronaldodan 29 milyon dollarlıq möhtəşəm malikanə - FOTOLAR
Səudiyyə Ərəbistanında “Əl Nəsr” klubunun formasını geyinən Kristiano Ronaldo bu dəfə futbol meydanında deyil, şəxsi həyatı ilə gündəmə gəlib.
90plus.az xəbər verir ki, portuqaliyalı ulduz ölkəsinin ən bahalı və ən prestijli yaşayış məkanlarından birində inşa etdirdiyi dəbdəbəli malikanə ilə diqqət mərkəzinə düşüb.
Məlumata görə, Kristiano Ronaldo Portuqaliyanın elit bölgələrindən sayılan Quinta da Marinada dəyəri təxminən 29 milyon dollar olan lüks mülk tikdirib. Bu malikanə artıq ölkənin ən bahalı özəl yaşayış evlərindən biri hesab olunur.
Yeni inşa olunan malikanədə yüksək səviyyəli komfort üçün hər cür şərait yaradılıb. Buraya tennis kortu, iki üzgüçülük hovuzu, şəxsi kinoteatr, spa mərkəzi və Ronaldonun super avtomobil kolleksiyası üçün nəzərdə tutulmuş geniş qaraj daxildir.
Malikanədə mövcud olan əsas xüsusiyyətlər bunlardır:
Özəl kino salonu
Dörd divarı və tavanı tam güzgülərlə əhatə olunan otaq
Spa zonası
İki hovuz
Tennis kortu
20 avtomobil tutumlu qaraj
Saf qızıldan hazırlanmış mətbəx
“Lui Vitton” imzalı divar kağızları
Qeyd: Ronaldonun Portuqaliyada belə dəbdəbəli yaşayış evi inşa etdirməsi ilk hal deyil. O, illər ərzində müxtəlif ölkələrdə lüks daşınmaz əmlak portfeli formalaşdıraraq qlobal həyat tərzini daha da genişləndirib.
İddialara görə, Kristiano Ronaldonun dünya üzrə 8–10 arası yüksək dəyərli mülkü var. Bu siyahıya Portuqaliya, İspaniya, İtaliya və Səudiyyə Ərəbistanındakı malikanələrlə yanaşı, Portuqaliyada tikintisi davam edən iri həcmli istirahət və yaşlılar evi layihəsi də daxildir.
© Copyright 2026, All Rights Reserved