Kukurelya Kadi Borgesi zədələdi
“Qarabağ” erkən zədə itkisi ilə üzləşdi!
90plus.az xəbər verir ki, UEFA Çempionlar Liqasının “Çelsi” ilə oyununda “Qarabağ” diqqətəçarpan itkisi ilə qarşılaşıb. Matçın 31-ci dəqiqəsində Ağdam klubu məcburi dəyişiklik etməli olub.
Rəqib futbolçu Mark Kukurelyanın sərt müdaxiləsindən sonra Kadi Borges oyunu davam etdirə bilməyib. Braziliyalı yarımmüdafiəçinin yerinə Emmanuel Addai meydana daxil olub.
Zədənin dərəcəsi ilə bağlı məlumat daha sonra açıqlanacaq. “Qarabağ” üçün bu dəyişiklik oyunun gedişinə təsir edən əsas məqamlardan biri olub.
© Copyright 2025, All Rights Reserved