"Təəssüf ki, o səhvi biz buraxdıq".
90plus.az xəbər verir ki, bunu "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev "Araz-Naxçıvan"la qarşılaşmadan sonra deyib.
Türkmənistanlı mütəxəssis Misli Premyer Liqasının 15-ci turunda 0:1 hesablı məğlubiyyəti şərh edib:
"Birinci hissədə mövqe oyunu oldu. Qol imkanları çox olmadı. Yalnız Otto Conun təkbətək epizodunu istisna etmək olar. Belə matçlarda birinci səhvə qədər oyun gedir. Komandada rəqabət var. Hücum qrupumuzda ciddi rəqabət hiss olunur. Bu oyundan çox şey asılı idi. Qarşıda matçlar çoxdur. Bunun öhdəsindən gəlməyə çalışacağıq. "Araz-Naxçıvan" yaxşı təşkilatlanmış komandadır. Müdafiədə yaxşı oynayırlar, ona görə də az qol buraxırlar.
Qeyd: "Turan Tovuz" çempionatda 7 oyundan sonra uduzub.
© Copyright 2024, All Rights Reserved