Kvaratsxeliya və Zuriko Davidaşviliyə Fransada oğurluq şoku

Gürcü futbolunun iki parlaq istedadı – PSJ-nin ulduzu Xviça Kvaratsxeliya və "Sent-Etyen"in futbolçusu Zuriko Davidaşvili Fransada istirahət zamanı xoşagəlməz hadisə ilə üzləşiblər.
90plus.az xəbər verir ki, futbolçular ailələri ilə birlikdə Kann şəhərində tətildə olarkən onların evlərinə oğrular daxil olub. Hadisə oyunçuların "Côte d'Azur" bölgəsində istirahətdə olduqları vaxt baş verib.
Oğrular evdən zinət əşyaları, bahalı saatlar və lüks çantalar da daxil olmaqla bir çox qiymətli əşyaları oğurlayıblar. Fransız rəsmiləri tərəfindən hadisə ilə bağlı hələlik rəsmi açıqlama verilməsə də, cinayətkarların kimliyinin müəyyənləşdirilməsi üçün araşdırmalara başlandığı bildirilib.
Hər iki futbolçu isə hələlik baş verənlərlə bağlı ictimaiyyətə açıqlama verməyib.
© Copyright 2025, All Rights Reserved