“Əl Hilal”dan Osimhenə böyük təklif! “Yox” demək çətin olacaq

Səudiyyə Ərəbistanının nəhəng klubu “Əl-Hilal” Viktor Osimhen üçün yeni transfer cəhdi etməyə hazırlaşır.
90plus.az xəbər verir ki, klub “Napoli”nin hücumçusunu transferə razı salmaq üçün illik 50 milyon avronu aşan yeni təklif üzərində düşünür.
26 yaşlı nigeriyalı forvard uzun müddətdir ki, “Əl-Hilal”ın transfer hədəfindədir. Əvvəlki cəhdlər rədd edilsə də, bu dəfə təklif olunan astronomik məbləğ Osimheni fikrini dəyişməyə vadar edə bilər. Əgər bu transfer baş tutarsa, Osimhen dünyanın ən çox qazanan futbolçularından birinə çevriləcək.
Avropanın nəhəng klubları – PSJ, “Qalatasaray” və “Çelsi”nin də Osimhenə maraq göstərdiyi bildirilir. Amma “Əl-Hilal” onun transferini Səudiyyə Pro Liqasının həm yerli, həm də beynəlxalq səviyyədə iddialarını gücləndirəcək böyük addım kimi görür.
Bu arada, “Napoli” Osimhenin satışı ilə bağlı danışıqların çətin keçəcəyini gözləyir. Futbolçu Avropanı tərk etməyə hələlik razılıq verməsə də, Səudiyyə klublarının rekord məbləğdə maaş təklifləri onun qərarını dəyişə bilər.
📰: Yağız Sabuncuoğlu
© Copyright 2025, All Rights Reserved