“Əl Hilal”ın Van Deyk planı…

Səudiyyə Ərəbistanının "Al Hilal" klubunun rəhbərliyi mövsüm sonunda azad agent kimi Vircil Van Deyk transferi üçün indidən danışıqlara başlayıb.
90plus.az xəbər verir ki, niderlandlı mərkəz müdafiəçinin mövsümünə 20 milyon avro maaş təklif olunub.
Onun "Enfild"də qalmaq istədiyi bildirilsə də, klub bu il müqaviləsi bitəcək futbolçuya, hələ ki, uyğun təklif etməyib.
Hazırkı çempion “Əl-Hilal” isə titulunu qorumaq üçün şiddətli mübarizə aparır, “Əl-İttihad” zirvədə dörd xal fərqlə oturur.
"Əl-Hilal" düşünür ki, durumu düzəltməyə kömək edəcək bir adam varsa, o da Liverpulun müdafiəçisidir. O, keçmiş "Çelsi" və "Napoli" oyunçusu olan Kalidu Kulibali ilə tandem yaradaraq SPL-də mübahisəsiz ən güclü müdafiəni formalaşdıra bilər.
Van Deykin Yaxın Şərqə köçməyi, yoxsa Avropada qalmağı seçəcəyi bəlli deyil. Çox güman ki, daha çox təklif alacaq.
PSJ, "Atletiko Madrid", "İnter", "Barselona" və "Bayern" də bu yarışda iştirak edə bilər. Bununla belə, Yaxın Şərqdən təklif olunan sərvətləri gözardı edib-etməyəcəyini zaman göstərəcək.
📰: L'Equipe
© Copyright 2025, All Rights Reserved