“Əl-Nəsr”in ulduzu Kriştianu Ronaldo 950-ci qolunu vurdu
Səudi Ərəbistan Peşəkar Liqasının 6-cı turunda baş tutan qarşılaşmada “Əl-Həzm” öz meydanında “Əl-Nəsr” klubunu qəbul edib. Görüşdə qapılara iki qol vurulub və hər iki dəfə qonaqlar fərqlənib.
90plus.az xəbər verir ki, oyunun 25-ci dəqiqəsində hesabı “Əl-Nəsr”in portuqaliyalı futbolçusu Joau Feliks açıb. Bu qol futbolçunun mövsümdəki 12-ci matçında 12-ci qolu olub. Matçın sonlarına yaxın isə səhnəyə Kriştianu Ronaldo çıxıb. Portuqaliyalı ulduz 88-ci dəqiqədə komandasının ikinci qolunu vuraraq yekun hesabı müəyyənləşdirib – 2:0.
Bu qolla Ronaldo peşəkar karyerasında 950-ci qoluna imza atıb və 1000 qol hədəfinə bir addım da yaxınlaşıb. 2023-cü ildən “Əl-Nəsr” klubunun heyətində çıxış edən Ronaldo, yayda müqaviləsini uzatmışdı.
“Əl-Nəsr” yeni mövsümə mükəmməl başlanğıc edib — komanda liqada keçirdiyi altı oyunun hamısında qalib gələrək xallarını 18-ə yüksəldib. “Əl-Həzm” isə 5 xalla turnir cədvəlinin aşağı pillələrində qərarlaşıb.
© Copyright 2025, All Rights Reserved