La Liqa “Barsa”ya göz açmağa imkan vermir! Bu gün matçı var

Bu gün öz meydanında "Osasuna"nı qəbul edəcək "Barselona" La Liqaya gözləniləndən daha tez qayıdır.
90plus.az xəbər verir ki, "Barselona"da klub həkiminin ölümü səbəbindən təxirə salınan oyun milli fasilədən dərhal sonra hər iki klubun müraciətlərinə baxmayaraq bu günə təyin olundu.
"Barselona" üçün həlledici olan turlarda millidən gələn yorğun oyunçular bu gün "Osasuna" ilə meydana çıxmalı və bazar günü "Jirona" ilə qarşılaşmalı olacaqlar. Onlar milli fasilədən əvvəl "Atletiko Madrid" üzərində 4-2 hesablı əhəmiyyətli qələbədən sonra top fərqinə görə turnir cədvəlinin zirvəsində qalmağı hədəfləyəcəklər.
"Osasuna" isə üç məğlubiyyət və üç heç-heçədən sonra son altı oyundakı qələbəsizliyə son qoymağa cəhd edəcək:
Günün oyunu:
Saat 00:00 Barselona - Osasuna
TV: Match TV; Sportbox.ru; Match! Football 2; matchtv.ru; Okko Sport; S Sport; Exxen Turkey; S Sport+ Turkey.
© Copyright 2025, All Rights Reserved