La Liqa hakimlərinə yeni jest
İspaniya La Liqası stadionda irqçilik olduğu halda hakimlər üçün rəsmi olaraq xüsusi jest - qolları çarpazlaşdırmaq jesti tətbiq etdi.
90plus.az xəbər verir ki, bu jest ilk dəfə istifadə edildikdə, oyun dayandırılacaq və xüsusi siqnalla xəbərdarlıq eşidiləcək.
Hadisə təkrarlanarsa, oyun dayandırılacaq və komandalar meydanı tərk edəcəklər.
Üçüncü siqnal verilərsə, hakim təhlükəsizlik koordinatorları ilə birlikdə oyunu tamamilə dayandırmaq qərarına gəlir.
© Copyright 2026, All Rights Reserved