La Liqa klubları "Real Madrid"ə qarşı birləşdi
İspaniya La Liqası klublarının əksəriyyəti "Real Madrid"in hakimləri kəskin tənqid etməsinə görə kluba sanksiya tətbiq edilməsini tələb edib.
90plus.az xəbər verir ki, bu məsələ İspaniya Kral Futbol Federasiyasının (RFEF) iclasında müzakirə edilib.
La Liqanın adı açıqlanmayan bir neçə klubu "Real"ın hakimlərə qarşı bu cür sərt münasibətini təzyiq vasitəsi kimi qiymətləndirir. Qeyd etmək lazımdır ki, RFEF-in keçirilən iclasında "Real Madrid"in nümayəndələri iştirak etməyiblər.
Xatırlatma: Daha əvvəl "Real" "Espanyol"la oyunda (0:1) hakimliklə bağlı rəsmi şikayət etmişdi. Klub sənəddə ölkədə hakimlik sisteminin köklü şəkildə yenilənməsinin vacibliyini vurğulamışdı.
© Copyright 2026, All Rights Reserved