La Liqa: Mbappe ayın oyunçusudur
“Real Madrid”in hücumçusu Kilian Mbappe oktyabr ayında göstərdiyi yüksək performansa görə La Liqanın ayın oyunçusu seçilib.
90plus.az xəbər verir ki, bu, ardıcıl ikinci dəfədir ki, “Real Madrid” futbolçusu bu mükafatı qazanır — sentyabrda mükafat Vini Susaya (Vinisius Junior) verilmişdi.
26 yaşlı fransız hücumçu ay ərzində iştirak etdiyi bütün oyunlarda qol vurub və bir məhsuldar ötürmə ilə yadda qalıb. Onun bu göstəriciləri sayəsində “Real Madrid” turnir cədvəlinin liderliyini qoruyub.
Xabi Alonsonun rəhbərliyi altında Mbappenin sabit oyunu və dəqiq son zərbələri komandanın uğurunda əsas rol oynayıb.
Fransalı ulduzun ən parlaq çıxışları “Vilyarreal”, “Getafe” və “Barselona”ya qarşı El Klasikoda vurduğu qollarla yadda qalıb.
© Copyright 2025, All Rights Reserved