La Liqa: “Real Madrid” növbəti dəfə məğlub oldu
İspaniya La Liqasının 26-cı turunda “Real Madrid” doğma meydanda “Xetafe”ni qəbul edib.
90plus.az xəbər verir ki, qarşılaşma qonaq komandanın minimal hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu Satriano vuraraq “Xetafe”yə 1:0 hesablı qalibiyyət qazandırıb.
Bu nəticədən sonra “Real Madrid” çempionatda ardıcıl ikinci məğlubiyyətini alıb və lider “Barselona”dan 4 xal geri düşüb.
Paytaxt təmsilçisi növbəti turda səfərdə “Selta Viqo”nun qonağı olacaq.
© Copyright 2026, All Rights Reserved