La Liqada hamı RETRO stilində olacaq, “Real”dan başqa
La Liqada “retro forma” həftəsonu keçiriləcək – “Real Madrid” təşəbbüsə qoşulmadı.
90plus.az xəbər verir ki, La Liqa rəhbərliyi 10–13 aprel tarixləri arasında keçiriləcək oyunların xüsusi “retro forma” həftəsonu formatında təşkil olunacağını rəsmi şəkildə açıqlayıb.
Qərara əsasən, həm birinci, həm də ikinci divizion komandaları həmin turda klub tarixində istifadə olunmuş ikonik formalarla meydana çıxacaqlar. Təşəbbüs yalnız formalarla məhdudlaşmayacaq.
Bildirilir ki, həmin günlərdə:
Bununla belə, “Real Madrid” bu təşəbbüsə qoşulmayan klublardan biri olub. Madrid təmsilçisinin retro forma layihəsində iştirak etməyəcəyi bildirilib.
Layihənin məqsədi İspaniya futbolunun tarixinə və klassik dövrün simvolik elementlərinə diqqət çəkməkdir.
Məlumatı Marca nəşri yayıb.
© Copyright 2026, All Rights Reserved