La Liqada lider dəyişdi: “Barselona” səfərdə “Jirona”ya uduzdu
İspaniya La Liqasının
24-cü turunda sensasiya baş verib. Səfərdə “Jirona”nın qonağı olan “Barselona” meydanı məğlub tərk edib.
90plus.az xəbər verir ki, İspaniya La Liqasının 24-cü turunda “Jirona” öz meydanında “Barselona”nı qəbul edib. “Montilivi” stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Oyunun ilk hissəsi qolsuz bərabərliklə başa çatıb. İkinci hissədə isə hesabı 59-cu dəqiqədə Pau Kubarsi açaraq “Barselona”nı önə keçirib – 0:1. Lakin kataloniyalılar üstünlüyü qoruya bilməyiblər.
62-ci dəqiqədə Tomas Lemar hesabı bərabərləşdirib. Matçın 86-cı dəqiqəsində isə Fran Beltran fərqlənərək “Jirona”ya qələbə qazandıran qolu vurub. "Barselona” 45+3-cü dəqiqədə penalti zərbəsindən yararlana bilməyib. Lamine Yamalın zərbəsi dəqiq olmayıb. Oyunun 90+9-cu dəqiqəsində isə Joel Roka Kasals qırmızı vərəqə alaraq “Jirona”nı azlıqda qoyub.
Matçda vurulan qollara bu cümləyə klik edərək keçid edin
Bu nəticədən sonra LaLiqa-da lider dəyişib. 58 xalda qalan “Barselona” zirvəni 60 xala yüksələn “Real Madrid”ə təhvil verərək 2-ci pilləyə enib. 29 xala çatan “Jirona” isə turnir cədvəlində 12-ci sırada qərarlaşıb.
© Copyright 2026, All Rights Reserved