Lamin Yamal Çinə getdi!

Lamin Yamal yeni reklam müqaviləsi çərçivəsində öhdəliklərini yerinə yetirmək üçün Çinə yollanıb — o, idman geyimləri markası “Adidas”ın rəsmi səfiridir. Lamin bu kampaniyanın startına dəstək olacaq, çünki “Adidas” Asiya və Cənub-Şərqi Asiyada imicini gücləndirməyi hədəfləyir.
90plus.az xəbər verir ki, 17 yaşlı futbolçu istirahətini İspaniya, Braziliya, Yunanıstan və İbizada keçirib. İndi isə istirahət yerini iş əvəzləyir. Laminin Çində tarixi məkanlarda çəkilmiş şəkilləri artıq sosial şəbəkələrdə yayılıb.
Gənc ulduzun eyni məqsədlə qısa müddətlik Cənubi Koreyaya da səfər edəcəyi gözlənilir. Bundan sonra isə o, İspaniyaya qayıdaraq 18 yaşını möhtəşəm şəkildə qeyd edəcək.
© Copyright 2025, All Rights Reserved