Lamin Yamal İspaniya millisində oruc tutan ilk futbolçu oldu
Lamin Yamal İspaniya millisinin tarixində Ramazan ayında oruc tutan ilk futbolçu oldu.
90plus.az xəbər verir ki, atası Mərakeşdən, anası Ekvatorial Qvineyadan olan, özü isə Barselona əyalətində doğulan 17 yaşlı vinger bu barədə danışıb:
"Səhər saat 4-də yuxudan qalxıb səhər yeməyi yemişəm. Sonra isə komanda yoldaşlarımdan gec oyana bilərəm. Çünki millinin səhər yeməyini buraxıram. Ardınca məşqə çıxıram. Daha sonra isə otağıma gedib dua edirəm və iftar vaxtına qədər orada qalıram".
İspaniya yığmasında daha əvvəl Ramazan bayramını qeyd edən Adama Traore, Munir El Haddadi və Ansu Fati kimi futbolçular olsa da, komandanın matçları orucluq ayı ilə üst-üstə düşməyib.
© Copyright 2025, All Rights Reserved