Lamin Yamaldan akademiya futbolçularına kiçik hədiyyələr

Lamin Yamal klubun akademiyasının uşaqlarına qulaqlıq hədiyyə edib.
90plus.az xəbər verir ki, 17 yaşlı vingeri sponsor edən "Beats" şirkəti futbolçunun komanda yoldaşları üçün bir neçə qulaqlıq verib.
Yamal isə qulaqlıqları "La Masiya" akademiyasının uşaqlarına hədiyyə edib. Bundan əlavə hədiyyədə "Musiqidən zövq ala biləsiniz deyə" yazısı və futbolçunun imzası olub.
Lamin Yamal "Barselona" akademiyasında olan oğlanlar və qızlara ümumilikdə 100-dən çox qulaqcıq hədiyyə edib.
© Copyright 2025, All Rights Reserved