Lamin Yamalın atası yerində dinc dayanmır - Tribunadan uzaqlaşdırıldı
"Barselona"nın ulduzu Lamin Yamala şok – atasını tribundan çıxardılar.
90plus.az xəbər verir ki, La Liqanın son turunda keçirilən "Real Betis" – "Barselona" qarşılaşması zamanı gərgin anlar yaşanıb. "Barselona"nın gənc ulduzu Lamin Yamalın atası Munir Nasraoui tribunada qaydalara zidd davranışlarına görə təhlükəsizlik əməkdaşları tərəfindən arenadan uzaqlaşdırılıb.
Məlumata görə, Nasraoui matçın gedişində "Real Betis" azarkeşləri ilə sözlü qarşıdurmaya girib və təxribat xarakterli jestlər edib. Tribunda gərginlik artdıqdan sonra stadionun təhlükəsizlik xidməti müdaxilə edib və onu oturduğu sektordan çıxararaq başqa zonaya yönləndirib.
Hadisə Yamalın meydana çıxıb parlaq oyun sərgilədiyi qarşılaşma zamanı baş verib. Ulduz futbolçunun performansı diqqət çəksə də, atasının yaşatdığı insident matçdan sonra əsas müzakirə mövzusuna çevrilib.
"Barselona" rəhbərliyi hadisə ilə bağlı rəsmi mövqe bildirməsə də, klub daxilində bu cür davranışların vəziyyəti çətinləşdirdiyi, futbolçunun üzərinə əlavə təzyiq yaratdığı bildirilir.
© Copyright 2025, All Rights Reserved