Paris-2024 Yay Paralimpiya Oyunlarında çempion olan, ikiqat paralimpiya çempionu Lamiyə Vəliyeva ürək sözlərini deyib.
90plus.az çempionumuzun ürək sözlərini təqdim edir:
"Məşqlərim yarışdan əvvəl bir az yaxşı davam etmirdi. Elə bilirdim ki, əvvəlki kimi deyiləm. Amma bu gün bir daha şahid oldum ki, Allah heç bir əziyyəti yerdə qoymur. Bu qızıl medal mənim və bütün komandamızın əziyyətinin bəhrəsidir. İdmana və Paralimpiyaya göstərdikləri diqqətə görə Prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığımı bildirirəm".
Atası Rövşən Vəliyev: "Lamiyə yalnız mənim yox, bütün Azərbaycan xalqının fəxridir. Sevincimin həddi-hüdudu yoxdur. Media nümayəndələrinə və xalqımıza dərindən təşəkkür edirəm. Sosial şəbəkələrdə, xəbər saytlarında qızımla bağlı yazılan xəbərləri gördükcə həm fəxr edirəm, həm də qürur duyuram. Qızımla nə qədər qürur duysam, azdır".
Paris Yay Olimpiya Oyunlarının gümüş medalçısı, türkiyəli atıcı Yusuf Dikeç Lamiyə Vəliyevaya təşəkkür edib.
Lamiyə Vəliyeva çempuonluq sevinci zamanı Yusuf Dikeçin hərəkətindən istifadə edib.
Türkiyəli idmançı isə İctimai TV vasitəsilə Lamiyə Vəliyevanı həm təbrik edib, həm də ona minnətdarlıq edib.
Qeyd: Paraatletimiz Lamiyə Vəliyeva Paris-2024 Yay Paralimpiya Oyunlarında T13 kateqoriyası üzrə 100 metr məsafəyə qaçışda dünya rekordunu yeniləyərək ikinci dəfə Paralimpiya çempionu olub. O, sabah - sentyabrın 5-də T13 kateqoriyası üzrə 400 metr məsafəyə qaçış üzrə yarışacaq.
© Copyright 2024, All Rights Reserved