Lando Norris Meksika Qran-Prisində “pol pozisiya” qazandı
Formula 1 Dünya Çempionatının 20-ci mərhələsi olan Meksika Qran-Prisinə “Meklaren” komandasının britaniyalı pilotu Lando Norris “pol pozisiya”dan başlayacaq.
90plus.az xəbər verir ki, paytaxt Mexikoda yerləşən 4,3 kilometrlik “Hermanos Rodrigez” trasında keçirilən sıralama turunda Norris 1 dəqiqə 15.586 saniyəlik nəticə göstərərək birinci yerə sahib olub.
Britaniyalı sürücünün 0,262 saniyə gerisində “Ferrari” komandasından Şarl Lökler ikinci, 0,352 saniyə fərqlə onun həmvətəni, “Ferrari” pilotu Lyuis Hemilton üçüncü yeri tutub. Çempionata liderlik edən “Meklaren”in digər sürücüsü Oskar Piastri isə yarışa səkkizinci cərgədən start verəcək.
Meksika Qran-Prisi bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
© Copyright 2025, All Rights Reserved