"Barselona" prezidenti Xoan Laporta etdiyi mətbuat konfransında "Mançester Siti"yə qayıdan İlkay Gündoğan haqqında danışdı.
90plus.az həmin müsahibəni təqdim edir:
HANSİ FLİKLƏ BAĞLI?
Baş məşqçi Flik ilə görüşdüklərini qeyd edən Laporta, "İlkay Gündoğan mükəmməl bir oyunçu və insandır. Onunla keçirdiyimiz il möhtəşəm idi. Flik ilə aparılan görüş və komandanın vəziyyətinin qiymətləndirilməsindən sonra ayrılmaq istədiyinə qərar verdi" dedi.
MADDİYYATLA BAĞLI?
Ayrılığın maddi səbəblərlə əlaqədar olmadığını bildirən "Barselona" prezidenti, "Bu tamamilə idman qərarıdır. Dani Olmo-nun əlavə edilməsi ilə, Gündoğan’ın oynadığı bənzər rolü oynayan oyunçumuz oldu. Bu, oyunçu və klubun idman qərarı idi; iqtisadi bir qərar olduğu deyilir, amma belə deyil" ifadələrini işlətdi.
KEÇƏN MÖVSÜMÜN STATİSTİKASI
Keçən mövsüm Katalonya klubunda bütün yarışlarda 51 matçda iştirak edən 33 yaşlı təcrübəli futbolçu, 5 qol və 14 asistlik performans sərgilədi.
© Copyright 2024, All Rights Reserved