Laporta: "Real Madrid" hakimlərə təzyiq göstərir"
“Barselona” klubunun prezidenti Joan Laporta “Real Madrid”i ədalətsiz vəziyyət yaratmaqda ittiham edib.
90plus.az xəbər verir ki, Laporta bildirib ki, “Real Madrid” öz televiziya kanalları vasitəsilə hakimlərə təzyiq göstərir:
“Onlar öz TV kanalları vasitəsilə hakimlərə birbaşa təsir edən ədalətsiz bir vəziyyət yaradıblar. Bu, düzgün deyil.”
“Barselona” prezidenti əlavə edib ki, komandası “Santyaqo Bernabeu”da qələbə qazanmaq üçün meydana çıxacaq:
“Biz özümüzü qurban kimi göstərmirik, amma ‘Real Madrid’in hakimlər tərəfindən sevilmədiyini iddia etməsi mümkün deyil.”
Laportanın bu açıqlamaları “El Klasiko” öncəsi böyük rezonans doğurub.
© Copyright 2025, All Rights Reserved