Laportadan "Barselona" azarkeşlərinə pis xəbər
"Barselona"nın prezidenti Joan Laporta yay transfer planları barədə fikirlərini bölüşüb.
90plus.az xəbər verir ki, klub rəsmisi bildirib ki, “Barselona” transfer xatirinə futbolçu almaq niyyətində deyil:
“Hazırkı heyətimizi qorumağa çalışırıq və yalnız zərurət yaranarsa transfer edəcəyik. Bizim əsas məqsədimiz davamlı dəyişiklik etmək yox, mövcud komandanı saxlamaq və daha da gücləndirməkdir”.
Hazırda La Liqada çıxış edən “Barselona” 73 xalla turnir cədvəlinin zirvəsində qərarlaşıb.
© Copyright 2026, All Rights Reserved