“Latsio”da şok – baş məşqçi xəstəxanaya yerləşdirildi

İtaliyanın “A Seriyası” təmsilçisi “Latsio” klubunda ciddi narahatlıq yaşanır.
90plus.az xəbər verir ki, komandanın baş məşqçisi, 66 yaşlı təcrübəli çalışdırıcı Mauritsio Sarri səhhətində yaranan problem səbəbilə Roma şəhərində yerləşən “Villa Mafalda” klinikasına yerləşdirilib.
Klubdan Sarrinin vəziyyəti ilə bağlı rəsmi açıqlama verilməsə də, onun bir müddət klinikada qalacağı və müalicəsinin davam etdiriləcəyi bildirilib. Mütəxəssislər məşqçinin vəziyyətini yaxından izləyirlər.
© Copyright 2025, All Rights Reserved