Leo Andrade: “Qələbə üçün hər şey edəcəyik”

📌 Leandro Andrade: “Kopenhagenlə oyun ‘Qarabağ’ üçün çox vacibdir”.
90plus.az xəbər verir ki, “Qarabağ”ın futbolçusu Leandro Andrade Çempionlar Liqasındakı “Kopenhagen”lə qarşılaşma öncəsi fikirlərini bölüşüb. Portuqaliyalı oyunçu matçın əhəmiyyətini xüsusi vurğulayıb.
🗣 Andrade: “‘Kopenhagen’lə matç ‘Qarabağ’ üçün çox vacibdir. Azərbaycan xalqını sevindirməyə çalışacağıq. Yenidən bunu etmək şansımız var. Bizim üçün çox önəmli oyundur.
Meydanda bacardığımızı etməyə çalışacağıq. Rəqib əla komandadır. Çempionlar Liqasında zəif klub yoxdur. Qalibiyyət üçün hər şey edəcəyik. Tam olaraq bu görüşə köklənmişik”.
Qeyd: Qurban Qurbanovun komandası Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda sabah - 1 oktyabr saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda “Kopenhagen”lə üz-üzə gələcək.
© Copyright 2025, All Rights Reserved