Leo Messidən mövsümdə ilk dubl gəldi! VİDEO
Lionel Messidən mövsümün ilk dublu gəldi!
90plus.az xəbər verir ki, Lionel Messinin dublu “İnter Mayami”yə 2026-cı ildə MLS-də ilk qələbəsini qazandırdı.
Xavyer Maskeranonun komandası “Orlando Siti”yə qarşı oyunda geri dönüş edərək qalib gəldi:
Orlando Siti 2 - 4 İnter Mayami
M. Paşaliç 18’
M. Ojeda 24’
M. Silvetti 49’
Leo Messi 57’ 90’
T. Seqovia 85’
Messinin dublu: https://t.me/doxsanplus/114945
İkinci qolundan sonra zarafatla “Orlando”nun baş məşqçisi Oskar Pareyaya "avtoqrafımı istəyirsənmi?" deyə soruşan Messi, bütün turnirlər daxil olmaqla karyerası ərzində “Orlando Siti”yə qarşı keçirdiyi 5 oyunda artıq 8 qol vurub. O, bu qarşılaşmaların dördündə dubl edib.
Beləliklə, “Orlando Siti” Messinin klub karyerasında qarşı oynadığından daha çox qol vurduğu 36 komandadan biridir. Onlardan səkkizi elə MLS təmsilçisidir.
© Copyright 2026, All Rights Reserved