Levandovski addım-addım "Fənərbağça"ya doğru
90plus.az xəbər verir ki, Türkiyənin “Fənərbağça” klubu, hücum xəttini gücləndirmək məqsədilə dünyaca məşhur forvard Levandovski ilə ilkin əlaqə qurub.
Qış transfer dönəmində hücumçu transferinə önəm verən sarı-göylərin siyahısında Levandovski birinci sıradadır. Klub polşalı futbolçunun meneceri ilə ilk görüşünü keçirib və onun hazırkı vəziyyəti ilə bağlı məlumat alıb. Geri dönüş gözlənilir.
37 yaşlı Levandovski “Barselona” ilə bu mövsüm 12 oyuna çıxıb və 7 qol vurub. Sezon sonunda müqaviləsi başa çatacaq hücumçunun Kataloniya klubundan istədiyi təklifi ala bilməməsi ayrılmaq ehtimalını artırır.
© Copyright 2026, All Rights Reserved