Levandovski: “Heç hara tələsmirəm”
Robert Levandovski gələcəyi ilə bağlı danışıb və karyerasında hələ də yüksək səviyyədə olduğunu vurğulayıb.
90plus.az xəbər verir ki, təcrübəli hücumçu yaş faktoruna real yanaşdığını etiraf edib:
“Başa düşürəm ki, bu yaşda beş-yeddi il əvvəl fikir vermədiyim detallara indi baxmalıyam.”
Bununla belə, ulduz forvard özünü ideal vəziyyətdə hiss etdiyini bildirib:
“Hələ də 100 faiz oynaya biləcəyimi hiss edirəm. Məşqlərdə hər şeyin yaxşı getdiyini görürəm, ona görə də başımda sual yoxdur.”
Levandovski gələcəyi ilə bağlı qərar vermək üçün tələsmədiyini deyib:
“Heç hara tələsmirəm. Həyatda çox şey baş verə bilər, amma hazırda çox xoşbəxtəm və diqqətimi bu mövsümə, qollar vurmağa və titullar qazanmağa yönəltmişəm. Hazırda beynimdə olan yeganə şey bunlardır.”
© Copyright 2025, All Rights Reserved