Levandovski okeanın o tayına üz tutur
“Barselona”nın hücum xəttində çıxış edən Robert Levandovskinin Şimali Amerika klublarından birinə transferi mümkün görünür.
90plus.az xəbər verir ki, polşalı forvard üçün yay transfer dövründə MLS-dən real və konkret təkliflər mövcuddur. ABŞ təmsilçiləri təcrübəli futbolçunu heyətlərinə cəlb etməyə çalışır, Levandovskinin özü də Amerikaya köçməyə maraq göstərir. Alternativ seçimlər sırasında Səudiyyə Ərəbistanı və Avropada daha çətin bir variant da yer alır.
37 yaşlı hücumçunun “Barselona” ilə müqaviləsinin müddəti iyunun sonunda başa çatacaq. Hazırda onun futbolçu karyerasını bitirməsi məsələsi müzakirə olunmur.
Xatırlatma: Levandovski cari mövsümdə La Liqada 15 oyuna çıxıb, 9 dəfə fərqlənib və 1 qol ötürməsi edib.
© Copyright 2026, All Rights Reserved