Levandovskinin “agenti”ndən fırıldaqçılıq
"Barselona" klubu fırıldaqçının "qurban"ı olub.
90plus.az xəbər verir ki, Kataloniya təmsilçisi özünü klubun hücumçusu Robert Levandovskinin agenti Pini Zahavi kimi təqdim edən fırıldaqçının hesabına 1 milyon avro köçürüb.
Amma əməliyyatı həyata keçirən bank tranzaksiyanı bloklayıb və vəsaiti geri qaytarıb.
Qeyd: Polşa millisinin üzvü Levandovskinin "Barselona" ilə müqaviləsi oyunların 50 %-də iştirak edəcəyi təqdirdə uzadıla bilər.
Mənbə: Cadena Cer
© Copyright 2026, All Rights Reserved