Levandovskinin sonrakı adresi Ərəbistan yarımadası
"Barselona"nın hücumçusu Robert Levandovskinin gələcəyi hələlik müəyyən deyil.
90plus.az xəbər verir ki, 37 yaşlı futbolçunun agenti Pini Zahavi yaxın günlərdə Səudiyyə Ərəbistanı Pro Liqasının nümayəndələri ilə görüş keçirəcək. Polşalı forvardın bu ölkəyə transfer olunması real görünür və orada ona yüksək maaş təklif ediləcəyi ehtimal olunur.
Qeyd: Levandovski daha əvvəl gələcəyi ilə bağlı qərar verməkdə tələsmədiyini söyləyib. Onun Kataloniya klubuyla mövcud müqaviləsi 2025/2026 mövsümünün sonuna qədər qüvvədədir.
© Copyright 2026, All Rights Reserved