"Leyptsiq"in futbolçusuna nəhənglərin gözü düşdü
“Leyptsiq” klubunun futbolçusu Yan Diomande Avropanın aparıcı komandalarının diqqət mərkəzinə düşüb.
90plus.az xəbər verir ki, “Bayern Münhen”, PSJ və “Mançester Yunayted” Fil Dişi Sahili millisinin üzvünü heyətinə qatmaq niyyətindədir.
“Leyptsiq” gənc futbolçu üçün tələb etdiyi məbləği artıq müəyyən edib. Almaniya təmsilçisi 19 yaşlı cinah oyunçusu üçün 100 milyon avro tələb edir.
Xatırlatma: Yan Diomande cari mövsümün əvvəlində “Leqanes” klubundan 20 milyon avro qarşılığında “Leyptsiq”ə transfer olunub. O, Bundesliqa klubunun formasında keçirdiyi 16 rəsmi qarşılaşmada 7 dəfə fərqlənib və 4 assist edib.
© Copyright 2026, All Rights Reserved