"Lids"in hücumçusu Premeyr Liqada hamını qabaqladı
İngiltərə Premyer Liqasında dekabr ayının ən yaxşı futbolçusu açıqlanıb.
90plus.az xəbər verir ki, ayın oyunçusu adına “Lids Yunayted” klubunun hücumçusu Dominik Kalvert-Lyuin layiq görülüb. Bu barədə yarışın rəsmi mətbuat xidməti məlumat yayıb.
İngiltərə yığmasının üzvü olan 28 yaşlı hücumçu dekabr ayı ərzində Premyer Liqada iştirak etdiyi 5 qarşılaşmada 6 dəfə fərqlənib.
Qeyd: Dominik Kalvert-Lyuin 2025-ci ilin yay mövsümündən etibarən “Lids Yunayted”in formasını geyinir.
© Copyright 2026, All Rights Reserved