Avropa nəhənglərinin izlədiyi futbolçu öz klubunda qaldı
Fransanın “Lill” komandası gənc yarımmüdafiəçisi Ayub Buaddi ilə müqaviləni uzadıb.
90plus.az xəbər verir ki, klub bununla bağlı rəsmi açıqlama yayıb. Yeni müqavilənin müddəti 2029-cu ilin yayına qədər müəyyən edilib.
Xatırlatma: 18 yaşlı oyunçunun adı daha əvvəl “Arsenal”, “Çelsi”, “Mançester Yunayted” və “Real” kimi nüfuzlu klublarla əlaqələndirilirdi.
ℹ️ Buaddi mövsüm ərzində bütün turnirlər üzrə keçirdiyi 18 matçda 1 qol ötürməsi ilə yadda qalıb.
© Copyright 2026, All Rights Reserved