"Lion" qapıçısı ilə uzatdı
Fransanın "Lion" klubu 29 yaşlı qapıçısı Remi Deşamps ilə müqaviləni yeniləyib.
90plus.az xəbər verir ki, yeni saziş 2029-cu ilin yayına qədər qüvvədə olacaq.
"Lill" klubunun yetirməsi olan Deşamps 2024-cü ilin yayında "Lion"a transfer olunub. O, karyerası ərzində "Tur", "Şarlerua" və "Nant" kimi klublarda da çıxış edib.
Cari mövsümdə təcrübəli qolkiper "Lion"un heyətində bütün turnirlərdə 12 oyunda iştirak edib və qapısında 9 qol görüb. Hazırda klub UEFA Avropa Liqasında mübarizəsini davam etdirir, Fransa Liqa 1-də isə 46 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
© Copyright 2026, All Rights Reserved