Lionel Messi 901-ci qolunu vurdu - Ronaldo ilə fərq 64 oldu
Lionel Messi "İnter Mayami"nin heyətində növbəti qolunu vurub.
90plus.az xəbər verir ki, argentinalı ulduz "Nyu-York Siti" ilə "Major League Soccer" çərçivəsində keçirilən görüşdə (2:2) 61-ci dəqiqədə fərqlənib.
Bu qol Messinin peşəkar karyerasında 901-ci dəqiq zərbə olub. O, bunu 1143 oyunda reallaşdırıb. Təcrübəli futbolçunun aktivində həmçinin 407 məhsuldar ötürmə var.
Messinin karyerası üzrə qol bölgüsü belədir: "Barselona" – 672 qol, Argentina millisi – 115 qol, "İnter Mayami" – 80 qol, PSJ – 32 qol.
Müqayisə üçün qeyd edək ki, "Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo karyerası ərzində 1312 oyunda 965 qol vurub.
© Copyright 2026, All Rights Reserved