Lionel Messi son 12 ayın qol və asist lideri oldu
"İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi son 12 ay ərzində dünya üzrə qollara və asistlərə görə lider mövqeyinə yüksəlib.
90plus.az xəbər verir ki, Messi son 365 gün ərzində 37 qol vurub və 22 asist verib. Beləliklə, ümumi 59 qol məhsuldarlığına imza atıb ki, bu göstərici dünya üzrə ilk 67 liqanı nəzərə aldıqda ikinci yerdəki oyunçudan 17 daha çoxdur. Bu, onun meydandakı davamlı performansını və komandasına təsirini göstərir.
Messi həm qol vurma, həm də assistlərlə oyun qurma bacarığı ilə "İnter Mayami"nin MLS-də güclü çıxış etməsinə və liqanın ön sıralarında qalmasına böyük töhfə verir. Onun performansı onu futbol dünyasının ən təsirli oyunçularından biri kimi möhkəmləndirir.
© Copyright 2026, All Rights Reserved