Lionel Messi Səudiyyə Ərəbistanına transfer olunur? – Sensasiyalı iddia

Dünya futbolunun yaşayan əfsanəsi Lionel Messinin karyerasını Amerika Birləşmiş Ştatlarında davam etdirib-etdirməyəcəyi müzakirə olunduğu bir vaxtda, superulduzla bağlı sensasiyalı iddia gündəmə gəlib.
90plus.az MLS təmsilçisi “İnter Mayami” ilə müqaviləsi ilin sonunda başa çatacaq olan argentinalı ulduzun növbəti ünvanının harası olacağı maraqla gözlənilirdi. Səudiyyə Ərəbistanı mətbuatında yayılan xəbərlər isə futbol azarkeşlərini həyəcanlandırıb.
Səudiyyə Ərəbistanı mətbuatının məlumatına görə, Lionel Messinin Səudiyyə Ərəbistanı Premyer Liqasına transferi üçün danışıqlara start verilib. 37 yaşlı futbolçunu hansı klubların istədiyi dəqiq bilinməsə də, xəbərin özü belə geniş rezonans doğurub.
Xəbərdə “Milyonların arzusu reallaşır” ifadəsi ilə Messi ilə transfer danışıqlarının başladığı qeyd olunub.
Eyni xəbərdə portuqaliyalı ulduz Kriştiano Ronaldonun “Əl-Nəsr” klubu ilə müqaviləsini yeniləməsi fonunda, onun və Messinin yenidən eyni liqada çıxış edə biləcəyi ehtimalı ön plana çəkilib.
Hətta iki superulduzun eyni komandada – mümkün olaraq “Əl-Nəsr”də – oynamaq ehtimalı da futbol ictimaiyyətində böyük maraq doğurub.
Həmçinin oxu:
© Copyright 2025, All Rights Reserved