"Liverpul" Dieqo Jotanı unutmadı

İngiltərə Premyer Liqası təmsilçisi "Liverpul" Portuqaliyalı futbolçu Dieqo Jotanın vəfatı ilə bağlı onun xatirəsinə ehtiram göstərib.
90plus.az xəbər verir ki, "Liverpul"un "Preston" ilə keçirdiyi hazırlıq oyunu öncəsində Jotanın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 27 yaşlı hücumçu yaxın günlərdə baş vermiş ağır yol qəzası nəticəsində dünyasını dəyişmişdi.
Klubun rəsmi sosial media hesabından yayımlanan paylaşımda isə “Səni əsla unutmayacağıq” ifadəsinə yer verilib.
Dieqo Jota 2020-ci ildən "Liverpul"un formasını geyinirdi və klubun son illərdə qazandığı bir sıra uğurlarda pay sahibi olmuşdu.
© Copyright 2025, All Rights Reserved