"Liverpul" Fransadan müdafiəçi alır
"Renn" klubunun müdafiəçisi Jeremi Jake karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxın ola bilər.
90plus.az xəbər verir ki, "Liverpul" fransalı oyunçunun transferində maraqlıdır. Bu barədə insayder Saşa Tavolyeri məlumat yayıb.
İngiltərə təmsilçisi Jakeni mövsümün sonunda müqaviləsi bitəcək İbrahima Konatenin mümkün əvəzləyicisi kimi nəzərdə tutur. “Qırmızılar” 20 yaşlı mərkəz müdafiəçisini yanvar transfer pəncərəsində heyətinə qatmağı planlaşdırır.
Qeyd: Jeremi Jake “Renn” akademiyasının yetirməsidir. Fransa U-21 yığmasının üzvü cari mövsümdə Liqa 1 klubunun heyətində 15 rəsmi matçda çıxış edib.
© Copyright 2025, All Rights Reserved