"Liverpul" əfsanəsi "Qalatasaray" oyununu dəyərləndirdi: "Üstünlüyümüz var"
“Liverpul” Çempionlar Liqasının 1/8 final mərhələsində “Qalatasaray”la üz-üzə gələcək. İngiltərə təmsilçisi ilk oyunu İstanbulda keçirəcək, cavab qarşılaşması isə 17 və ya 18 mart tarixində “Enfild” stadionunda baş tutacaq.
90plus.az xəbər verir ki, klubun səfiri və əfsanəvi hücumçusu Yan Raş hesab edir ki, cavab matçının evdə keçirilməsi “Liverpul” üçün ciddi üstünlükdür.
Rush bu barədə danışarkən bildirib:
“Düşünürəm ki, bizim üstünlüyümüz ikinci oyunun evdə olmasıdır. ‘Enfild’dəki atmosfer bənzərsizdir və ümid edirəm ki, bu amil öz sözünü deyəcək.”
“Liverpul” qrup mərhələsində inamlı çıxış edib və statistik platforma "Opta"nın hesablamalarına görə turnirin qalibi olmaq şansına görə üçüncü favorit sayılır. İngilis klubunun kuboku qazanmaq ehtimalı 12,83 faiz olaraq qiymətləndirilir.
Digər maraqlı ehtimala görə, əgər həm “Liverpul”, həm də “Çelsi” növbəti mərhələyə vəsiqə qazansa, İngiltərə təmsilçiləri 1/4 finalda bir-biri ilə qarşılaşa bilər. Bu isə turnirin pley-off mərhələsinə əlavə həyəcan qatacaq.
Çempionlar Liqasının 1/8 final mərhələsində “Liverpul” – “Qalatasaray” dueli futbolsevərlərin diqqət mərkəzində olacaq.
© Copyright 2026, All Rights Reserved