“Liverpul” əfsanəsi “Qarabağ”dan danışdı

Ceymi Karrager: “Anri ilə razıyam, ‘Qarabağ’ təsir edici komandadır”.
90plus.az xəbər verir ki, “Liverpul”un sabiq ulduzu Ceymi Karrager Avropa futbolunun gündəmində olan “Qarabağ” barədə danışıb.
Tanınmış şərhçi Tyerri Anrinin fikirlərinə qoşulduğunu bildirib:
“Tyerri Anrinin ‘Qarabağ’la bağlı dediyi ilə razıyam. Onlar həqiqətən təsir edici komandadır. Nizam-intizam və oyun keyfiyyəti, həm topla, həm də topsuz. Onları digərlərindən fərqləndirən budur. Məncə, bu, onların ən böyük gücüdür”.
Qeyd: UEFA Çempionlar Liqasının liqa mərhələsində “Qarabağ”ın Portuqaliyada “Benfika”nı 3:2 hesabı ilə məğlub etməsi dünya futbolunda rezonans doğurdu.
© Copyright 2025, All Rights Reserved