“Liverpul” əfsanəsi: “Salah hər oyunda əsas heyətdə yer almamalıdır”

“Liverpul”un sabiq müdafiəçisi Ceymi Karrager komandanın hücumçusu Məhəmməd Salahın zəif performansını tənqid edib və onun artıq hər oyunda əsas heyətə daxil edilməsinin doğru olmadığını bildirib.
90plus.az xəbər verir ki, 33 yaşlı misirli futbolçu Premyer Liqada ardıcıl 7 oyundur penalti olmadan qol vura bilmir. Bu, Salahın “Liverpul”a keçdiyi vaxtdan bəri ən uzun qol “susqunluğudur”.
“Salahın hər həftə avtomatik əsas heyətdə yer almalı olduğu dövr artıq geridə qalıb. Bu, baş məşqçi üçün ciddi seçim çətinliyinə çevrilib. Salah, məsələn, Vircil van Deyk kimi ‘komandanın dəyişməz üzvü’ olmamalıdır,” – deyə Karrager bildirib.
Veteran futbol ekspertinin sözlərinə görə, “Liverpul”un qarşıdakı səfər oyunlarında – Çempionlar Liqasında “Ayntraxt” (Frankfurt) və ardından Premyer Liqada “Brentford”la qarşılaşmalarda Salahın hər iki görüşə start heyətində çıxması məqsədəuyğun deyil.
“O, həmişə “Enfild”də oynamalıdır, çünki orada komanda oyuna nəzarət edir və cərimə meydançasına yaxın olur. Belə hallarda Salah adətən qol vurur. Amma səfər oyunlarında həm müdafiəyə kömək baxımından, həm də hazırkı formasına görə, onun hər oyuna başlaması düzgün olmaz,” – Karrager əlavə edib.
Karrager həmçinin Salahın ehtiyatda qalmasına necə reaksiya verəcəyinə də toxunub: “O, bununla razılaşmaya bilər. Amma müəyyən yaşdan sonra formanda eniş varsa, bunu qəbul etməlisən. Hazırda o, yaxşı oynamadığı üçün, növbəti səfər oyunlarından birində ehtiyatda qalarsa, narazılıq etməyə haqqı yoxdur.”
© Copyright 2025, All Rights Reserved