"Liverpul" futbolçusunu Norveç klubuna verdi
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində “Qalatasaray”ın rəqibi olan “Liverpul”da gözlənilməz ayrılıq baş verib.
90plus.az xəbər verir ki, İngiltərə klubunun 19 yaşlı cinah oyunçusu Trent Kone-Doherti Norveç təmsilçisi “Molde”yə transfer olunub.
“Mavi-ağlar” gənc futbolçu ilə 31 dekabr 2029-cu ilə qədər qüvvədə olacaq müqavilə imzalayıb.
“The Times” nəşrinin yaydığı məlumata görə, “Molde” bu keçid üçün “Liverpul”a 750 min avro məbləğində transfer haqqı ödəyəcək. Bildirilir ki, İngiltərə klubu müqaviləyə geri alma (buy-back) və futbolçunun növbəti satışından pay maddəsi də əlavə etdirib.
İrlandiyalı vinger cari mövsümdə iştirak etdiyi 23 oyunda 3 qol vurub, 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Beləliklə, “Liverpul” Çempionlar Liqasının həlledici mərhələsi öncəsi heyətində dəyişiklik edərkən, Trent Kone-Doherti karyerasını Norveçdə davam etdirəcək.
© Copyright 2026, All Rights Reserved