"Liverpul" İspaniya millisinin cinah hücumçusunu alır
“Atletik” klubunun futbolçusu Niko Uilyams karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
90plus.az xəbər verir ki, “Liverpul” ispaniyalı cinah oyunçusunu heyətinə qatmaq niyyətindədir. Bu barədə “El Nacional” nəşri məlumat paylaşıb.
“Qırmızılar” Nikonu Məhəmməd Salahın əvəzləyicisi kimi görür. İngiltərə təmsilçisi 23 yaşlı futbolçunun transferi üçün onun müqaviləsində nəzərdə tutulan 95 milyon avroluq sərbəstqalma məbləğini ödəməyə hazırdır.
Qeyd: Niko Uilyams “Atletik”in yetirməsidir. İspaniya millisinin üzvü cari mövsümdə Bilbao klubunun heyətində iştirak etdiyi 26 rəsmi qarşılaşmada 4 qol vurub və 6 məhsuldar ötürmə edib.
© Copyright 2026, All Rights Reserved