"Liverpul" istəyirdi, "Mançester Siti"yə qismət oldu
“Kristal Pelas” klubunun kapitanı Mark Qehi yaxın vaxtlarda karyerasını başqa komandada davam etdirəcək.
90plus.az xəbər verir ki, “Mançester Siti” ingilis müdafiəçinin transferini artıq yekunlaşdırıb. Bu barədə tanınmış insayder Fabrisio Romano məlumat verib.
Məlumata əsasən, tərəflər arasında razılıq əldə olunub. Müqaviləsinin bitməsinə 6 ay qalan 25 yaşlı mərkəz müdafiəçisi üçün “Mançester Siti” 20 milyon funt-sterlinq ödəyəcək.
“Kristal Pelas” Mark Qehini 2021-ci ilin yay transfer pəncərəsində “Çelsi” klubundan 23 milyon avroya heyətinə qatmışdı. İngiltərə millisinin üzvü olan futbolçu bu mövsüm London təmsilçisinin heyətində 33 rəsmi oyunda iştirak edib, 3 qol vurub və 4 məhsuldar ötürmə ilə fərqlənib.
© Copyright 2026, All Rights Reserved